İŞIQLANDIRMA SİSTEMİ

SMARTLİFE, evinizin işıqlanma sistemini tam rahat və komfortlu şəkildə müasir Ağıllı sistemlə idarə edilməsini təmin edir və enerji istifadəsində ən azı 30%-a qədər qənaət yaradır. Evinizin işiqlanma sistemi ekrandan bir düyməni basmaqla idarə olunur. Qurulmuş proqram sayəsində və müəyyən edilmiş ssenari üzrə heç bir düyməyə basmadan evinizin işıqlanması idarə ediləcək. Harda olmağınızdan asılı olmayaraq evinizə çöldən baxdıqda ev sahibinin evdə olduğu kimi görünəcək.

Tək bir otağı və ya bütün evin işıqlanmasını ağıllı ev sisteminə qoşub və tək bir düymə ilə idarə edilməsini təmin etmək olar. Uzaqdan idarə etmə sayəsində müxtəlif işıqlanma variantlarını seçməklə evinizdə istədiyiniz rahatlığı təmin edin. Hərəkət sensoru quraşdırıldıqda otağa daxil olduqda işıqlar yanır, otaqda heç kəs olmadıqda işıqlar sönür. İstər evlərin daxili işıqlanması, istərsədə bağda həyətin işıqlanması, günün vaxtına, günəşin doğması və batmasına görə tənzimlənir. Evdən çıxdıqda bütün işıqlar avtomatik söndürülür, evə gəldiyinizdə isə müəyyən edilmiş işıqlar avtomatik yandırılır.

Evinizdə mövcüd olan işıq açarları dəyişdirilmədən, ağıllı işıqlandırma kabelsiz modulla rahat və tez quraşdırlır. Evinizin mövcud təmiri korlanmadan qısa zaman içində uzaqdan idarə etmək imkanı əldə edirsiniz. Eviniz təmirsiz olduqda müvafiq kontrol qurğularını suvağın altına yerləşdirilməsini təmin etmək olur.