Təhlükəsizliyin və 24/7 monitorinqi:
Evdə olmadığınız zaman, evə kanar şəxs daxil olarsa və ya qapı, pəncərələr açılarsa dərhal məlumat verilir, müşahidə kameraları vasitəsi ilə dərhal şəxsin olduğu ərazilər və digər bütün ərazilərin şəkilləri çəkilərək sizə göndərilir. Mərkəzi idarəetmə aparatı sıradan çıxarıldığı halda avtomatik təhlükə siqnalı ötürülür və qurulmuş ssenari (işıqların avtomatik yanması, Polisə xəbər verilməsi, səs gücləndiricilərin qoşulması və s.) üzrə təhlükəsizlik tədbirləri işə salınır.
Tüstü və su basma sensoru vasitəsi ilə, evinizdə yanğın, su sızması, qaz sızması barədə dərhal sizə xəbərdarlıq edilir və müəyyən edilmiş təhlükəsizlik qaydaları əsasında təhlükənin qarşısı alınır (yanğın əlehinə avadanlıqların avtomatik işə salınması, yanğından mühafizə orqanlarına yanğın siqnalının verilməsi, havalandırmanın qoşulması, qapı və pəncərələrin açılması, mənzilə girən ümumi suyun və qazın avtomatik qapadılması və s.).