İSİTMƏ VƏ KONDİSİONER

SMARTLİFE şirkətinin təqdim etdiyi ağıllı ev sistemi sayəsində, istifadə etdiyiniz standart radiator ya da kondisionerə nəzarət edib, hər bir otağın temperaturunu ayrı-ayrı təyin etmək və idarə etmək daha rahat olacaq. İstədiyiniz istilik şərtlərinə sahib olub, eyni zamanda qənaət təmin edərsiniz. Evinizin interyerinə ziyan vermədən qurulmuş xüsusi termostatlar vasitəsi ilə, otaq temperaturuna nəzərət edər, smartfon vasitəsi ilə evinizdə və ya ofisinizdə tam komfortlu mühüt yarada bilərsiniz.

Limitsiz sayda kondisioner, kombi, qazan, radiator, günəş enerjisi avadanlıqları, isti su və s. bütün enerji sistemlərini uzaqdan və proqramlı idarə etmək imkanı əldə olunur. Standart radiator ya da kondisioner istifadə edərək hər bir otaq sahəsinin istiliyini nizamlaya bilərsiniz. İnterneti olan istənilən yerdən evinizdeki enerji sistemlerini kontrol edin. Məsələn, qışda işdən evə dönərkən yolda kombinizi aça bilər və hər otağın istiliyini nizamlaya bilərsiniz. Siz evə gəldiyinizdə isti bir mühit sizi gözləyəcək, tam əksi yayda kondisionerinizi uzaqdan işə salıb və artıq evinizə çatdığınızda sərin ev sizi qarşılayacaq.

Asan istifadə olunan taymer vasitəsi ilə öncədən temperaturu ayarlaya bilərsiniz. Mövcüd hava durumuna görə ağıllı ev sistemi sizin evinizin otaq temperaturunu tənzimləyəcək. Evinizin temperaturu yüksəldikdə və ya qapı pəncərə açıldıqda avtomatik olaraq məlumat mesajı sizə göndərilir və siz kombi, kondisioner və ya radiatorlarınızı işə sala bilərsiniz. Siz yatarkən və ya evinizdə olmadığınız təqdirdə ehtiyacınız olmayan bütün isitmə və soyutma avadanlıqlarını tək bir nöqtədən bağlayıb, enerjiyə qənaəti təmin edir.