Qənaət

SMARTLİFE ağıllı sistemlər sayəsində artıq istər evinizdə, istərsədə ofisdə istifadə edilən bütün cihazların nə qədər elektrik enerjisi istifadə etdiyini harda olmağınızdan asılı olmayaraq nəzarət edə və hesabat əldə edə bilərsiniz. Ağıllı ev texnologiyasının köməyi ilə rahatlığınıza zərər gəlmədən, evinizdəki bütün elektrik cihazların, işıqlanma sistemlərinin və həmçinin istilik və soyutma sistemlərinin sərf elədiyi elektrik enerjisinə ən az 30%-ə qədər qənaət edə bilərsiniz.

Evdə olmadığınız zaman belə istər elektrik, istərsədə qazın sərfiyyatına nəzarət edə bilər, və öncədən müəyyən edilən ortalama sərfiyyatdan artıq istifadə qeyd edildiyində sizə xəbərdarlıq göndəriləcəkdir. Elektrik cihazların və işıqlandırmanın idarə edilməsi müəyyən edilmiş ssenari əsasında həyata keçirilərkən, evdə olmadığınızda və ya yatarkən bütün elektrik avadanlıqları yuxu rejiminə keçir və bu, lazımsız elektrik enerjisi sərfiyyatının qarşısını alır.

Ağıllı ev sistemi ilə keçmiş dövr üçün elektrik enerjisinin və qazın məsrəfinə dair statistik məlumatlar təqdim edilir və analiz edilir. Cihazlarda elektrik enerjisinin və eləcədə qazın sərfiyatı analizinin nəticəsi olaraq, istifadə edilən elektrik enerjisi və qazın miqdarının azaldılması üçün əlavə tədbirlər görülə bilər.