İŞIQLANDIRMA SİSTEMİ

SMARTLİFE, evinizin işıqlanma sistemini tam rahat və komfortlu şəkildə müasir Ağıllı sistemlə idarə edilməsini təmin edir və enerji istifadəsində ən azı 30%-a qədər qənaət yaradır. Evinizin işiqlanma sistemi ekrandan bir düyməni basmaqla idarə olunur. Qurulmuş proqram sayəsində və müəyyən edilmiş ssenari üzrə heç bir düyməyə basmadan evinizin işıqlanması idarə ediləcək. Harda olmağınızdan asılı olmayaraq evinizə çöldən baxdıqda ev sahibinin evdə olduğu kimi görünəcək.

TƏHLÜKƏSİZLİK VƏ MÜHAFİZƏ

SMARTLİFE ağıllı ev sistemləri sayəsində, mərkəzi xəbərdarlıq sisteminə bağlı olan və uzaqdan idarə olunan avtomatlaşdırma sistemi ilə, evinizin və ya iş yerinizin təhlükəsizliyini daha ağıllı və daha etibarlı bir şəkildə təmin edə bilərsiniz. Sizin üçün dəyərli olan hər şeyi, icazəsiz istifadə, oğurluq, yanğın, su basqını, qaz sızması və bənzəri hər cür arzuolunmaz hallardan qoruyur və baş vermiş və ya baş verə biləcək hər hansı hadisənin qarşısını alırsınız. Standart təhlükəsizlik sistemləri kimi yalnız bir xəbərdarlıq və həyəcan sistemi yerinə, önləyici və qoruyucu bir xidmət alırsınız. Ağıllı ev sistemləri ilə, hər zaman və hər yerdən evinizin və ya iş yerinizin idarəsi tamamilə əlinizdə olur.

İSİTMƏ VƏ KONDİSİONER

SMARTLİFE şirkətinin təqdim etdiyi ağıllı ev sistemi sayəsində, istifadə etdiyiniz standart radiator ya da kondisionerə nəzarət edib, hər bir otağın temperaturunu ayrı-ayrı təyin etmək və idarə etmək daha rahat olacaq. İstədiyiniz istilik şərtlərinə sahib olub, eyni zamanda qənaət təmin edərsiniz. Evinizin interyerinə ziyan vermədən qurulmuş xüsusi termostatlar vasitəsi ilə, otaq temperaturuna nəzərət edər, smartfon vasitəsi ilə evinizdə və ya ofisinizdə tam komfortlu mühüt yarada bilərsiniz.

AĞILLI BAĞ EVİ

SMARTLIFE həyətyanı sahənin, qarajın, qeyri yaşayış sahələrinin ağıllı idarə edilməsini təmin edir.

İşıqlanma:

- Həyətyanı sahədə bütün işıqlanmanın bir düymə ilə uzaqdan idarə edilməsi

- Günün vaxtına uyğun olaraq həyətyanı sahənin avtomatik işıqlandırılması

- Həyətyanı sahədə insanların hərəkət istiqamətinə uyğun işıqların idarə edilməsi

MOTORLU SİSTEMLƏR

SMARTLIFE, motorlu sistemlərinizin ağıllı idarə olunmasını təmin edir, hər şey yalnız bir sistemdə birləşir və bir düymə ilə idarə edilir

Pərdə və jalüzlərin idarə olunması:

- Pərdə, jalüzlərin istəyinizə uyğun açılıb bağlanması

- Sizin gündəlik adətlərinizi yaddaşında saxlamaqla pərdə və jalüzlərin açılıb bağlanması

- Gün işığının evə düşməsini, küləyin olub olmamasını nəzərə alaraq pərdə və jalüzlərin avtomatik tənzimlənməsi

MULTİMİEDİA SİSTEMİ

Sizin xəyallarınızı SMARTLİFE ağıllı ev sistemi ilə gerçəkləşdirə bilərik. Arzunuzda olan ev kinoteatrını və multimediya idarə etmə sistemini qurmağa sizə yardım edə bilərik. Evinizdə olan bütün multimediya cihazları bir-birinə ağıllı ev sistemi vasitəsilə avtomatik inteqrasiya olunur və məhz SMARTLİFE ağıllı ev sistemi vasitəsilə sizin musiqidən və filmlərdən həzz almağınınızı gerçəkləşdirə bilərik.