MULTİMİEDİA SİSTEMİ

Sizin xəyallarınızı SMARTLİFE ağıllı ev sistemi ilə gerçəkləşdirə bilərik. Arzunuzda olan ev kinoteatrını və multimediya idarə etmə sistemini qurmağa sizə yardım edə bilərik. Evinizdə olan bütün multimediya cihazları bir-birinə ağıllı ev sistemi vasitəsilə avtomatik inteqrasiya olunur və məhz SMARTLİFE ağıllı ev sistemi vasitəsilə sizin musiqidən və filmlərdən həzz almağınınızı gerçəkləşdirə bilərik.

Filmə baxmaq istədikdə, öncədən qurulmuş ssenari əsasında otağın işıqlanması, istilik, soyutma sistemi, jalüz və pərdələr sizin tam rahatlığınızın təmin edilməsi üçün tənzimlənəcək. Yuxudan oyandıqda sevdiyiniz musiqini eşidəcəksiniz, ağır iş günündən sonra sizi evdə həzin musiqi qarşılayacaq, qapı döyülən zaman musiqi xüsusi rejimdə səslənəcək. Öncədən hazırlanmış ssenari əsasında istədiyiniz musiqi toplusuna qulaq asa bilərsiniz, otağı tərk etdiyinizdə isə audiyo və video sistemləri avtomatik sönəcək.

Multi otaq audio funksiyası vasitəsilə siz eyni musiqini bir və ya bir neçə otaqda və ya əksinə müxtəlif otaqlarda müxtəlif musiqi səsləndirə bilərsiniz. Musiqiyə qulaq asmaq üçün istər şəxsi musiqi kolleksiyanızdan, istərsədə əvvəlcədən seçdiyiniz radio kanallardan, və ya musiqi servislərindən istifadə edə bilərsiniz.

SMARTLİFE şirkətinin təqdim etdiyi ağıllı ev sistemi vasitəsi ilə, evinizdə olan müxtəlif əyləncə cihazları mərkəzi idarəetmə mexanizmi ilə vahid multimediya sisteminə birləşdirilir. Televizorların, musiqi sisteminin, ev kinoteatrının idarəetmə pultlarını unudun, indi bütün bu cihazları sadə SMARTLİFE əlavəsinin (application) hesabına bir mərkəzdən idarə edə bilərsiniz. Smartlife əlavəsi, sizə evinizdə istifadə edilən bütün multimediya sistemlərini (musiqinin səsinin tənzimlənməsi, mahnıların və ya albomların dəyişdirilməsi, sevimli mahnılarınızın səsləndirilməsi, filimlərin, tv, radio kanalların seçilməsi və sair) planşet və ya smartfon vasitəsilə bir nöqtədən sadə idarə etməyə imkan yaradacaq.