AĞILLI BAĞ EVİ

SMARTLIFE həyətyanı sahənin, qarajın, qeyri yaşayış sahələrinin ağıllı idarə edilməsini təmin edir.

İşıqlanma:

- Həyətyanı sahədə bütün işıqlanmanın bir düymə ilə uzaqdan idarə edilməsi

- Günün vaxtına uyğun olaraq həyətyanı sahənin avtomatik işıqlandırılması

- Həyətyanı sahədə insanların hərəkət istiqamətinə uyğun işıqların idarə edilməsi

Suvarma

- Həyətyanı sahənizdə olan qazon, ağaclar və digər bitkilərin bir düymə ilə suvarılması

- Öncədən təyin edilmiş vaxtda suvarma siteminin qoşulması

- Günün vaxtına, havanın və torpağın rütubətliliyinə, hava şəraitinə uyğun olaraq suvarma sisteminin qoşulması

- Həyətyanı sahədə insanların hərəkətinə uyğun olaraq suvarmanın avtomatik idarə edilmısi

Təhlükəsizlik

- Müşahidə kameraları mərkəzi sistemə qoşulur

- Qarajın qapısı və həyətin qapısı bir düymə ilə idarə olunur

- Sizin evə çatma vaxtınız GPS vasitəsi ilə hesablanır və çatdığınız zaman avtomatik həyətin və qarajın qapısı açılır

- Qeyri yaşayış sahəsinin və qarajınızda temperatur, qaz və su sızması avtomatık olaraq daim nəzarətdə saxlanılır, yanğın, qaz sızması, su sızması baş verən zaman təhlükəsizlik sistemi işə düşür.

- Seçilmiş istənilən vaxt intervalında və ya bütün gün ərzində hovuza kimsə daxil olduqda dərhal məlumat ötürülür, seçilmiş ssenari əsasında hovuzun suyu dərhal boşaldılmağa başlanıla bilər.